"Partlayışda rus agentlərinin iştirakı sübut olunmadı" - Çex prezidenti

 20:26 06.02.2022     445

"Çex Respublikasının Təhlükəsizlik və İnformasiya Xidməti (əks-kəşfiyyatı) Rusiya xüsusi xidmət orqanlarının agentlərinin 2014-cü ildə partlayışların baş verdiyi, Moskvanın iştirakda ittiham olunduğu Vrbetiçadakı (Çexiyanın şərqi) anbarlarının ərazisinə daxil olmasına dair heç bir sübuta malik deyil".

Redaktor.az xəbər verir ki, nunu bazar günü "CNN Prima NEWS" telekanalına müsahibəsində Çexiya Prezidenti Miloş Zeman deyib.adakı [hərbi] anbarların ərazisində olmasına dair heç bir sübut və ya şahid yoxdur", - Zeman deyib.

Prezident əks-kəşfiyyatın direktoru vəzifəsini icra edən Mixal Koudelka haqqında tənqidi fikirlər səsləndirib.

"Koudelkanın [əks-kəşfiyyata] direktor təyin edilməsi hökumətin səlahiyyətindədir. Əgər bu, prezidentin səlahiyyətində olsaydı, mən onu heç vaxt təyin etməzdim", - Zeman deyib.

O, dövlət başçısı vəzifəsində olduğu müddətdə polkovnik Kudelkanı general rütbəsinə yüksəltməyəcəyini bildirib.

Qeyd edək ki, Rusiya-Çexiya münasibətləri 2021-ci il aprelin 17-dən sonra kəskin şəkildə kəskinləşib

O zaman Çexiya höküməti  2014-cü ildə respublikanın şərqindəki Vrbetice kəndindəki sursat anbarlarında baş verən partlayışlarda Moskvanın əli olduğunu iddia edib və 18 rus diplomatını "persona-non-grata" elanedib,  ölkədən çıxarıb. 

Rusiya Xarici İşlər Nazirliyi “əsassız və uzaqgörən bəhanələrlə” atılan addımla bağlı kəskin etirazını bildirib və Çexiyanın Moskvadakı səfirliyinin 20 əməkdaşını persona non-qrata elan edib.

2021-ci il mayın 14-də rəsmi hüquqi məlumat portalında Rusiya hökuməti tərəfindən təsdiqlənmiş dost olmayan xarici dövlətlərin siyahısı dərc edilib ki, burda da yalnız ABŞ və Çexiyanın adı qeyd olıunub.

İLTİFAT

 

Vumart və Güvən reklamı Vumart Güvən