Yaponiya da Rusiyanı sanksiya ilə hədələdi

 21:14 06.02.2022     420

Yaponiya hökuməti Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə Rusiyaya qarşı öz sanksiyalarını tətbiq etmək variantını nəzərdən keçirməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə bazar günü hökumətdəki mənbələrə istinadən "Sankei" qəzeti məlumat yayıb.

Xarici İşlər Nazirliyi və İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi də daxil olmaqla, bir sıra idarələr məhdudlaşdırıcı tədbirlər paketinin məzmununu hazırlayır. Bundan əlavə, Yaponiya tərəfi diplomatik kanallar vasitəsilə ABŞ-la bu məsələni müzakirə edir.

Qeyd edək ki, hələ 2014-cü ildə Ukrayna hadisələrindən və Krımın Rusiyaya birləşdirilməsindən sonar Yaponiya Rusiyaya qarşı öz sanksiyalarını tətbiq edib. Onların məzmunu ABŞ və Aİ sanksiyaları ilə müqayisədə xeyli zəifdir. Ehtimal olunur ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Tokionun yeni tədbirləri daha sərt olmalıdır.

Bu səbəbdən Yaponiya, öz növbəsində, Çinin Tokio ilə Pekin arasında ərazi mübahisəsinin predmeti olan Tayvan və ya Senkaku (Diaoyu) adaları ilə bağlı status-kvonu dəyişdirmək qərarına gəldiyi halda G7 ölkələrinin dəstəyini almaq niyyətindədir.

Yaponiyanın baş naziri Fumio Kişida ABŞ prezidenti Co Bayden ilə keçirilən onlayn danışıqlarda Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq üçün sıx əməkdaşlığın davam etdirilməsinin zəruriliyini təsdiqləyiblər.

Kişidanın sözlərinə görə, iki dövlətin liderləri ABŞ-ın tərəfdaşları və müttəfiqləri ilə birlikdə Ukraynaya qarşı “istənilən təcavüzə sərt cavab” məqsədi ilə əməkdaşlığı davam etdirəcəyi barədə razılığa gəliblər.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən