Kecmiş nazir müavini yoxa çıxdı

 21:55 06.02.2022     520

Rusiya ədliyyə nazirinin keçmiş müavini Vladimir Yalunin yaşadığı kənddə itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.

“Odintsovo şəhər rayonunda, Aksinino kəndində keçmiş ədliyyə nazirinin müavini Vladimir Yalunin yoxa çıxıb. O, evdən kvadrosiklet ilə çıxıb və geri qayıtmayıb. Evdən çıxarkən telefonu da evdə unudan Yalunin bir dha evə qayıtmayıb.”, - agentliyin məlumatında deyilıir.

O da bildirilir ki, Yaluninin buz bağlamış çaya düşməsi istisna edilmir.

Rusiya Federasiyasının regional FHN-nin mətbuat xidməti bu məlumatı təsdiqləyib. Onun ən son kilsəyə tərəf getdiyi məlum olub. Axtarış zamanı xilasedicilər çayda buzun qırılmasına səbəb olan kvadosikletin təkərinin izlərini tapıblar.

“Kilsə yaxınlığındakı Kozino kəndi ərazisində Moskva çayına aparan təkər izləri tapılıb. Yolların bitdiyi yerdə (sahildən 10 m məsafədə) su anbarında buz qırılması müşahidə olunur, bunun sahəsi kvadrosikletin ölçüsünə uyğun gəlir "deyə idarədən TASS-a bildiriblər.

Qeyd edək ki, Vladimir Yalunin 1998-ci ilin avqustundan 2004-cü ilin dekabrına qədər Rusiya Ədliyyə Nazirliyinin Cəzaların İcrası Baş İdarəsinə rəhbərlik edib. 2004-cü ilin dekabrından 2006-cı ilin avqustuna kimi ədliyyə nazirinin müavini olub.

İLTİFAT

 

Vumart və Güvən reklamı Vumart Güvən