"Qaz tədarükü üçün Bakı ilə danışıqlar aparırıq" - Jozef Borrell

 23:20 06.02.2022     369

Avropa İttifaqı (Aİ) qaz tədarükünün genişləndirilməsi ilə bağlı ABŞ, Norveç, Qətər, Azərbaycan, Əlcəzair və digər ölkələrlə əlaqə saxlayır.

Redaktor.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell deyib.

“Qısamüddətli perspektivdə qaz təchizatının təhlükəsizliyinin təmin edilməsi kimi aktual problemlə üzləşirik, bu problemi həll etməliyik, bu, marşrutların və idxal mənbələrinin şaxələndirilməsinin genişləndirilməsini nəzərdə tutur. ABŞ artıq Avropaya ən böyük mayeləşdirilmiş təbii qaz) tədarükçüsüdür və biz yaxın aylarda qaz tədarükünü təmin etmək üçün əməkdaşlığımızı intensivləşdirəcəyik. ABŞ-dan başqa biz Norveç, Qətər, Azərbaycan, Əlcəzair və digər ölkələrlə də LNG tədarükünü genişləndirmək üçün danışıqlar aparırıq”,- Borrell bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən