PKK iki jurnalisti qaçırdı

 08:14 07.02.2022     326

YPG/PKK terror təşkilatı Suriyanın şimal-şərqində nəzarəti altında olan Qamışlı şəhərində iki jurnalisti qaçırıb.

Redaktor.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qaçırılan jurnalistlər "ARK News"un müxbiri Səbri Fəxri və "Yekiti Media"nın əməkdaşı Bavər Molla Əhmədidir. Terrorçular gecə saatlarında Qamışlı şəhərində onların evlərinə soxulublar.

Jurnalistlərin yeri hələlik məlum deyil.

Vumart və Güvən reklamı Vumart Güvən