Azərbaycanın 8 hərbçini Ermənistana təhvil verməsini alqışladılar - FOTO
Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fransanın dövlət başçısı tviterdə yazıb.
“Səkkiz erməni hərbçisi Azərbaycan tərəfindən azad edilərək Bakıdan İrəvana aparılıb. Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəliləyirik!”, - o qeyd edib.
Yeri gəlmişkən Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də Azərbaycanın 8 erməni hərbçini geri qaytarmasını alqışlayıb.
Bu barədə o da tviter səhifəsində yazıb.
“8 erməni hərbçinin Ermənistana təhvil verilməsi Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra meydana gələn müsbət dəyişiklərə daha bir işarədir. Avropa İttifaqı regionda sabitliyi və inkişafı dəstəkləyir”, - Şarl Mişel bildirib.













