Stoltenberq Ərdoğana təşəkkür etdi

 18:34 07.02.2022     363

NATO-nun baş katibi Yens Stoltenberq telefonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Baş katib özünün “Twitter” hesabında məlumat verib.

O, həmçinin Türkiyənin dövlət başçısına Ukrayna ilə bağlı məsələlərdə siyasi həll yolunun axtarışında fəal dəstəyə və şəxsi iştirakına görə təşəkkürünü bildirib.

Stoltenberq həmçinin vurğulayıb ki, NATO Rusiya ilə dialoqa hazırdır.

Sübhan Şərif

Vumart və Güvən reklamı Vumart Güvən