"Avropada müharibə böyük geriləmə olar" - İspaniya XİN başçısı
"Çox qərarlı bir şəkildə deyirəm ki, heç bir müharibə qarşısıalınmaz deyil, əksinə, sülh qarşısı alınmaz olmalıdır.
Redaktor.az xarici KİV-nə istinadən xəbər verir ki, bu sözləri İspaniya xarici işlər naziri Xose Manuel Albares qatıldığı mətbuat konfransında Rusiya ilə Ukrayna arasındakı gərginlikdən danışarkən deyib.
O, bildirib ki, Avropada müharibə böyük bir geri addım olacaq:
"Ona görə də, biz müharibəni fərziyyə kimi belə nəzərdən keçirməməliyik. Avropa İttifaqı müharibənin qarşısını almaq məqsədi ilə qurulub. Müharibə həm də Birləşmiş Millətlər Təşkilatının anlaşmalarının da pozulması deməkdir.
"Biz Avropa inkişafını, sülh və demokratiyaya nəzər salmasını istəyirik. NATO daxilində hamımız eyni fikirdəyik. Heç kim dialoqu davam etdirməyin vaxt itkisi olduğunu düşünmür.”
Sübhan Şərif












