“Avropada təhlükəsizlik soyuq müharibə dövründən bəri ən çətin vəziyyətdədir” - Jozef Borrell

 22:35 07.02.2022     491

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozef Borrell bildirib ki, “Avropada təhlükəsizlik soyuq müharibə dövründən bəri ən çətin vəziyyətdədir”.

Redaktor.az xəbər verir ki, diplomat bununla yanaşı, diplomatiyaya inandığını da bildirib.

“Biz Ukrayna-Rusiya sərhədində gərginliyin artmasından dərin narahatlıq keçiririk. Fikrimcə, biz soyuq müharibə dövründən sonra ən təhlükəli dövrü yaşayırıq. Eyni zamanda hesab edirik ki, diplomatiya üçün hələ də şans var”, deyə Borrell ABŞ Dövlət katibi ilə görüşdə bildirib.

 

Vumart və Güvən reklamı Vumart Güvən