Ukraynada mülki şəxslərə hərbi təlim keçilir - FOTO

 22:40 07.02.2022     621

Ukraynanın paytaxtı Kiyevdə keçmiş hərbçilər mülki şəxslərə müharibə vəziyyətində ilkin hərbi təlimlər keçiblər.

Redaktor.az xəbər verir ki, ATEK fabrikində müxtəlif yaş qruplarından olan 500-ə yaxın ukraynalı “Təşvişə düşməyin, hazır olun” adlı əsas təlimdə iştirak edib.

İştirakçılar təcrübələrinə görə 3 qrupa bölünüblər. Qruplara mümkün müharibə vəziyyətində ilk yardım, silahdan istifadə və müdafiə taktikası daxil olmaqla ilkin hərbi təlimlər verilib.

Tədbir rəsmisi, keçmiş hərbçi bildirib ki, təlim müdafiə məqsədi daşıyır və bu il Rusiya ilə mümkün müharibə baş verə bilər.

Qurum rəsmisi bu təlimləri ölkənin 10 şəhərində təşkil etdiklərini vurğulayıb (oxu.az).

 

Vumart və Güvən reklamı Vumart Güvən