ABŞ desantları Polşadadır

 22:47 07.02.2022     1006

ABŞ-ın 82-ci Hava Desant Diviziyasının növbəti qrupu Polşaya gəlib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Bazar ertəsi səhər 82-ci Hava Desant Diviziyasından başqa bir qrup Amerika əsgəri Rzeşova gəldi", - nazirliyin "Twitter" hesabında qeyd edilib.

Polşaya gələn hava-desant qüvvələrinin sayı dəqiqləşdirilməyib. 

Polşa Mətbuat Agentliyinin məlumatına görə, hazırda general-mayor Kristofer Donahue bu şəhərdədir.

Vumart və Güvən reklamı Vumart Güvən