Bu ölkədə avropalılardan COVİD testi tələb olunmur
Avropa vaksin sertifikatına sahib olanlardan Yunanıstana səfər zamanı əlavə COVİD-19 testi tələb olunmur.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Tanos Plevris deyib.
Bu gündən etibarən Avropa vaksin sertifikatına sahib olan şəxslər Yunanıstana daxil olarkən onlardan mənfi nəticəli COVİD-19 testi tələb edilməyəcək. Bununla belə, könüllü test olunmaq hər bir turistin öz seçiminə buraxılıb.
Avropa mediasının qənaətinə görə, Yunanıstan bu addımla turist axınını gücləndirməyə çalışır.












