Ermənistanda intiharların sayı KƏSKİN ARTIB

 11:20 08.02.2022     504

Ermənistanda intihar edənlərin sayı artıb. Ötən il Ermənistanda 7 yeniyetmə intihar edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, Milli Təhlükəsizlik Xidməti 2019-2021-ci illər ərzində ölkədə qeydə alınan intihar və intihara cəhd hallarına yekun vurub. Açıqlanan məlumata görə, intihar edənlərin sayı artıb. 2019-cu ildə 153, 2020-ci ildə 183, 2021-ci ildə 191 nəfər intihar edib.

İntihar edənlərin əksəriyyəti 30-65 yaş arasındadır.

Qeyd olunub ki, Ermənistanda daha çox kişilər intihar edir. Məsələn, 2021-ci ildə qeydə alınan 191 hadisədən 156-sı kişi, 35-i qadındır.

2021-ci ildə 7 yeniyetmə, 2020-ci ildə 5 yeniyetmə intihar edib.

2019-cu ildə 16, 2020-ci ildə 12, 2021-ci ildə 12 uşaq intihar edib.

Vumart və Güvən reklamı Vumart Güvən