Zelenski vaksin vurduran bütün pensiyaçılara smartfon VƏD VERDİ
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, koronavirusa qarşı peyvənd edilmiş yaşı 60-dan yuxarı olan ukraynalılar pulsuz smartfon və güzəştli tarif alacaqlar.
Redakrtor.az xəbər verir ki, Zelenski bu barədə "Diia Sammit" forumunda bildirib:
"İki il əvvəl biz yaşlılar üçün rəqəmsal savadlılıq kurslarına başladıq, yazda isə yeni geniş dövlət proqramına start veririk. Peyvənd olunmuş 60 yaşdan yuxarı bütün ukraynalılar pulsuz yüksək keyfiyyətli müasir smartfon və güzəştli tarif alacaqlar".
Hazırda Ukraynada peyvənd olunmuş ukraynalılara 1000 qrivna (təxminən 35 dollar) ödənilməsini nəzərdə tutan "eSupport" proqramı fəaliyyət göstərir. Bu həftə hökumət proqramın genişləndirilməsi ilə bağlı qərar qəbul edəcək. İndi 14 yaşından etibarən iki doza peyvənd alan ukraynalılar dövlət büdcəsindən 1000 qrivna ala bilərlər.












