Alişan və Buse boşanır

 04:32 09.02.2022     429

Türkiyəli müğənni Alişan və aktrisa həyat yoldaşı Buse Varol boşanmaq qərarına gəlib.

Redaktor.az xəbər verir ki, cütlük xəbərin yayılmaması üçün gizli məhkəmə proseslərinə başlayıb və vəkillərinə müraciət ediblər.

Bir müddətdir cütlüyün ayrıldığı iddia olunurdu. Bir neçə gün əvvəl Alişanın qızı Elizin doğum gününə qatılmaması, eləcə də, növbəti gün Busenin Elizin Alişanın anasının evində keçirilən ad gününə iştirak etməməsi bu iddiaları daha da gücləndirmişdi.

Qeyd edək ki, 2018-ci ildə ailə quran Alişan və Buse Varolun iki övladı var.

Vumart və Güvən reklamı Vumart Güvən