ABŞ Polşaya desant göndərdi

 08:44 09.02.2022     530

Göyərtəsində ABŞ-ın 82-ci hava-desant diviziyasının hərbi qulluqçuları olan azı dörd C-17A Globemaster III hərbi-nəqliyyat təyyarəsi Polşaya gəlib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fort Bragg (Şimali Karolina) bazasından havaya qalxan təyyarələr Polşanın Rzeşov şəhərində enib.

Vaşinqtonun qərarına əsasən, şəhərdə 82-ci hava-desant diviziyasının briqada döyüş qrupunun tərkibində ümumilikdə 1700 amerikalı paraşütçü yerləşdiriləcək. Bir gün əvvəl amerikalı hərbçilərin olduğu daha üç təyyarə Rzeşov-Yasyonka hava limanına enib.

Məlumatlara görə, ABŞ ordusunun 18-ci hava-desant diviziyasının ən azı 750 hərbçisi artıq Polşaya yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən