ATƏT sədrindən Avropada müharibə ANONSU: "Kritik bir nöqtədəyik"

 09:00 09.02.2022     784

"Avropada genişmiqyaslı müharibə riski son 30 ildə ən yüksək həddə çatıb".

Redaktor.az xəbər verir ki, bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.

“Avropa təhlükəsizliyi və qlobal təhlükəsizlikdən söhbət gedirsə, biz kritik bir nöqtədəyik. Hazırda Avropada ciddi müharibə riski son 30 ilin ən yüksək səviyyəsidir” - deyən diplomatın sözlərinə görə, Ukrayna ətrafında münaqişənin gərginləşməsi təkcə insan iztirabları deyil, həm də ciddi siyasi, iqtisadi və hərbi nəticələr deməkdir.

ATƏT sədri bildirib ki, Rusiya ilə Avropada təhlükəsizlik mövzusunun yeni müzakirəsində fayda görür və bu məsələyə nikbin yanaşır.

Vumart və Güvən reklamı Vumart Güvən