Jirinovski süni nəfəs aparatına qoşuldu - YENİLƏNİB

 20:55 09.02.2022     1382

Moskvadakı Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən 76 yaşlı Jirinovskinin vəziyyəti ağırdır. 

Redaktor.az xəbər verir ki, onda ikitərəfli pnevmaniya aşkar olunub. Məlumata görə, rus siyasətçinin ağciyərlərinin 50-75%-i zədələnib. 

Koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən V.Jirinovski süni nəfəs aparatına qoşulub.

Deputatın durumu ilə bağlı başqa təfərrüat verilməyib.

***

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski təcili xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən 76 yaşlı siyasətçi koronavirusa yoluxub. 

Jirinovskinin sağlamlıq durumu barədə hələlik açıqlama verilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən