İrəvanda atışma - xəsarət alan var
Ermənistanın paytaxtı İrəvanda atışma olub.
Redaktor.az xəbər verir ki, bu barədə “shamshyan.com" məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı 47 yaşlı kişi sol ayağından xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Polis əməkdaşları zərərçəkənin İrəvan sakini, 47 yaşlı Vardan Gevorkyan olduğunu müəyyən ediblər.
Qeyd edilir ki, yaralı “Kodo” kimi tanınan Arman Gevorqyanın qardaşıdır. O, həm də kriminal aləmdə məşhur olan, bu yaxınlarda “xoşməramlı səfir” adına layiq görülmüş Artyom Arutyunovun (Artyom Kanevski) dostudur.












