Bayden Makronla danışdı
ABŞ Prezidenti Co Bayden Rusiya və Ukraynaya səfər etmiş Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki məlumat verib.
“Prezident Bayden Makronla səhər saatlarında danışıb. Həftə ərzində dövlət başçısının digər avropalı siyasətçilərlə danışması da gözlənilir”, - deyə o qeyd edib.
Ağ Ev sözçüsü əlavə edib ki, Vaşinqton hələ ki, fransız liderin Rusiya Prezidenti Vladimir Putinlə görüşünə dair mövqeyini açıqlamayıb.












