Liviya baş nazirinin avtomobili atəşə tutuldu

 09:26 10.02.2022     334

Tripolidə Liviyanın baş naziri Abdel Hamid Dbeibanın avtomobili atəşə tutulub.

Redaktor.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Baş verənlərlə bağlı hələlik rəsmi açıqlama olmasa da, Liviya mediası da baş nazirin yenidən seçilməsi ilə bağlı parlamentdə bu gün keçiriləcək iclasdan bir qədər əvvəl baş vermiş insidentlə bağlı "susur".

Qeyd edəkmki, Liviya hökuməti ilə parlıament araslnda son günlər qarşıdurma getdikcə artır. Liviya Nümayəndələr Palatası yeni hökumət başçısının seçilməsinə çalışır və təkid edir ki, Dbeibanın səlahiyyətləri dekabrın 24-də başa çatdğı üçün ölkədə prezident və parlament seçkiləri keçirilməli idi. Lakin Dbeiba hələ də hakimiyyətdən əlçəkmək istəmir.

O, spiker Akil Salehi ölkəni yenidən parçalamağa cəhd etməkdə ittiham edib.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən