"Ukraynaya hər cür kömək etmək lazımdır" - Estoniyanın baş naziri

 09:58 10.02.2022     488

Estoniyanın baş naziri Kaja Kallas bildirib ki, rəsmi Tallin hələ də Almaniya hökumətindən ADR-də istehsal olunan 122 millimetrlik D-30 haubitsalarının Kiyevə təhvil verilməsi tələbinə cavab gözləyir.

Redaktor.az xəbər verir ki, O, bu barədə Berlinə səfəri ərəfəsində Almaniyanın DPA agentliyinə bildirib.

"Hələ ki, haubitsalarla bağlı Almaniyadan rəsmi cavabımız yoxdur",-  Kallas deyib.

O, əlavə edib ki, Ukraynaya hansı yardım göstərmək istədiyinə ölkələr özü qərar verir.

"Biz hesab edirik ki, Ukraynaya hər cür kömək etmək çox vacibdir. Estoniya müttəfiqlərimizlə əməkdaşlıq edərək Ukraynaya Rusiyanın təcavüzündən müdafiə etmək üçün silah və sursat verməyə hazırdır”, - deyə baş nazir vurğulayıb.

Qeyd edəkki, bu gün Kallas Berlinə səfər edəcək və burada Litva prezidenti Gitanas Nauseda və Latviyanın baş naziri Krisjanis Karins ilə birlikdə Almaniya kansleri Olaf Şolzla görüşəcək. Gözlənilir ki, danışıqlar zamanı tərəflər Ukrayna ətrafındakı vəziyyəti və Şərqi Avropada təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Almaniya hakimiyyəti Ukraynaya öldürücü silahların verilməsinə qarşıdır, həm Scholz, həm də xarici işlər naziri Annalena Berbock bunu dəfələrlə vurğulayırlar. Eyni zamanda, Ukraynanın bəzi nümayəndələri hətta Almaniyanı “dostlara xəyanət etməkdə” ittiham ediblər. Berlin hələ də 122 mm-lik D-30 haubitsalarının Estoniya tərəfindən ötürülməsinə mane olur.

İLTİFAT

 

Vumart və Güvən reklamı Vumart Güvən