Ermənistanda məşhur media qurumları bağlandı
Ermənistanda “ArmNyus” telekanalı, “ArmNyus FM” radiosu və “Tert.am” nəşrinin daxil olduğu “Karyak Media” şirkəti fəaliyyətini dayandırır.
Redaktor.az xəbər verir ki, bu barədə şirkətin qurucularından biri Samvel Fərmanyan deyib.
Onun sözlərinə görə, uzun müddət fəaliyyətlərini necə davam etdirəcəkləri ilə bağlı çətin qərarla üzləşiblər. Bu müddət ərzində siyasi qüvvələrdən müxtəlif əməkdaşlıq təklifləri alsa da, prinsiplərindən fərqləniblər:
"Biz həmçinin satış üçün bir neçə variantı müzakirə etdik, lakin siyasətimizi davam etdirməyə və getdiyimiz yola sadiq qalmağa imkan verəcək variantları tapmadıq. Ona görə də ağrılı, lakin ən təbii qərar verdik - Karyak Media fəaliyyətini dayandırdı ",- Farmanyan bildirib.












