Ərdoğan həkimlərinə təşəkkür etdi - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan sağaldığını bildirib.
Redaktor.az xəbər verir ki, dövlət başçısı bu barədə rəsmi feysbuk səhifəsində paylaşım edib.
Türkiyə lideri son iki gündə edilən koronavirus testlərinin nəticəsinin neqativ olduğunu açıqlayaraq, sağalmasında əziyyət çəkən bütün həkimlərə təşəkkür edib.
Ərdoğan həyat yoldaşı Əminə xanımın da xəstəliyi yüngül keçirdiyini bildirərək, tezliklə onun da test nəticələrinin neqativ çıxacağını arzulayıb.













