Milyonlarla şüşə pivə məhv edildi

 01:31 11.02.2022     311

Nigeriyanın Kano əyalətinin Hizb Şurasının (dini polis) qərarı ilə 3,8 milyon şüşədən çox müxtəlif növ pivə məhv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə əyalət şurasının sədri Harun İbn Sina məlumat verib.

Məlumata görə, tədbir ölkə hakimiyyətinin narkotik, alkoqol və digər neqativ sosial hallara qarşı mübarizəsi çərçivəsində həyata keçirilib.

İbn Sina rəsmi dünyəvi hakimiyyət orqanlarının bu qərarı dəstəklədiyini vurğulayıb.

Həmçinin, Kano əyalətinin qubernatoru Abdullahi Qanduje hökumətin tədbirlərə razı olduğunu təsdiqləyib. O, ictimaiyyətə müraciət edərək, hakimiyyətin mənəvi ab-havanı təmizləmək səylərini dəstəkləməyə çağırıb (oxu.az).

Vumart və Güvən reklamı Vumart Güvən