ABŞ-ın “F-15”ləri Polşadadır

 03:38 11.02.2022     427

İngiltərədəki Leykenhit bazasından havaya qalxan ABŞ “F-15”ləri NATO-nun şərq cinahını dəstəkləmək üçün Polşanın Lask şəhərindəki 32-ci Taktiki Hava Bazasına çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak açıqlama verib.

"Bu gün ABŞ “F-15” döyüş təyyarələri NATO Hava Polisi missiyasının bir hissəsi olaraq şərq cinahını dəstəkləyəcək Lask aviabazasına gəldi. Təyyarələr fevralın sonuna qədər Polşada qalacaq", - Blaşçak bildirib.

NATO missiyası çərçivəsində Polşaya gələn Amerika döyüş təyyarələrinin Estoniya, Litva və Latviyanın olduğu 58-ci hava məkanı patruluna dəstək verəcəyi bildirilib.

Baltik hava polis qüvvələrinə dəstək verəcək “F15”lər uçuş planlarını və yerlərini bildirməyən Rusiya təyyarələrini aşkar etməyə kömək edəcəyi qeyd edilib (qafqazinfo.az).

Vumart və Güvən reklamı Vumart Güvən