“Ermənistanla münasibətlərimiz normallaşır"- Türkiyənin vitse-prezidenti

 14:01 11.02.2022     348

“Ermənistan nümayəndələrinin Türkiyəyə səfər edəcəyi gözlənilir”.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

“Dünənədək Qarabağda Ermənistanla qarşı-qarşıya idik. İndi isə əlaqələr normallaşır. Türkiyənin Qarabağdakı işğala göz yumması mümkün deyildi. Biz israrla deyirdik ki, problem həll olunsun. İndi dünya da, Ermənistan rəhbərliyi də görür ki, bu, ən çox Ermənistanın xeyrinədir”, - o, bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən