Bayden Əfqanıstan Mərkəzi Bankının aktivlərini blokladı

 19:05 11.02.2022     519

ABŞ Prezidenti Cozef Bayden Əfqanıstan Mərkəzi Bankının Vaşinqtondakı 7 milyard dollarlıq aktivlərini bloklayan fərman imzalayıb.

Bu barədə Redaktor.az TASS-a istinadən xəbər verir.

Sənədə əsasən, Əfqanıstan Mərkəzi Bankının dondurulmuş aktivlərinin yarısı ABŞ məhkəmələrindəki iddialar müqabilində mümkün kompensasiyanın ödənilməsi üçün ehtiyatda saxlanılacaq.

Dondurulmuş aktivlərdən təxminən 3,5 milyard dolları əfqanlara kömək etmək üçün fonda köçürüləcək.

Vumart və Güvən reklamı Vumart Güvən