Səudiyyə Ərəbistanında külli miqdarda narkotik həb ələ keçirildi

 21:59 11.02.2022     314

Səudiyyə Ərəbistanın polisi Ciddə dəniz limanında qaçaqmalçılardan 2,3 milyon ədəd “Kaptaqon” adlanan narkotik həb müsadirə edib.

Redaktor.az SPA agentliyinə istinadla xəbər verir ki, amfetamin qrupuna aid olan bu narkotik həblərin Livan və Suriyadan portağal yüklənmiş gəmilərdə gətirildiyi bildirilir. Polis üç qaçaqmalçını həbs edib və onların barəsində cinayət işi açılıb. Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanlarının məlumatında bildirilir ki, bu ilin əvvəlindən ölkə ərazisində 25 milyon ədəd narkotik həb müsadirə edilib.

Səudiyyə Ərəbistanı polisi Asir bölgəsində cinayətkar dəstənin üzvlərindən 20 kiloqram həşiş götürərək müsadirə edib.

Bu qaçaqmalçıların residivist olduğu bildirilib və krallığın qanunlarına görə, onları edam cəzası gözləyir.

Vumart və Güvən reklamı Vumart Güvən