Taliblər xarici jurnalistləri həbs etdilər

 09:03 12.02.2022     394

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı üçün çalışan 2 əcnəbi jurnalist və onları müşayiət edən əfqanlar saxlanılıblar.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin Cenevrə ofisi məlumat yayıb.

Qurumdan bildirilib ki, jurnalistlər Kabildə saxlanılıblar. Hadisənin səbəbləri məlum deyil. Jurnalistlərdən biri 20 ildir Əfqanıstanda işləyən BBC müxbiri Endryu Nortdur.

Vumart və Güvən reklamı Vumart Güvən