Bu gün Baydenlə Putin arasında telefon danışığı olacaq
Bu gün Vaşinqton vaxtı ilə səhər saatlarında (Bakı vaxtı ilə günün ikinci yarısında) ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında telefon danışığı baş olacaq.
Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ağ evin nümayəndəsi bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlər arasında telefon danışığının Amerika tərəfinin təşəbbüsü ilə fevralın 12-nə planlaşdırıldığını təsdiqləyib.
ABŞ və Rusiya prezidentləri sonuncu dəfə telefonla ötən ilin sonunda danışıblar. Bundan öncə, dekabrın 7-də onlar video-konfrans vasitəsilə danışıqlar aparıblar. Co Bayden və Vladimir Putin arasında ilk təkbətək görüş isə 2021-ci ilin iyununda Cenevrədə olub.












