Ərdoğan BƏƏ-yə səfər edəcək

 15:44 12.02.2022     374

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərinin proqramı açıqlanıb.

Redaktor.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, 14-15 fevralda baş tutacaq səfərdə Prezident Ərdoğanın “Dubai Expo”da “Türk Milli Günü”nün açılışına qatılmağı və iş adamları ilə görüşəcəyi planlaşdırılır.

Bundan əlavə, səfər çərçivəsində Türkiyə və BƏƏ arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə dair danışıqların aparılacağı və yeni sazişlərin imzalanması gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən