Nazir Niderland vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı
Niderlandın xarici işlər naziri Vopke Hoekstra Ukraynadakı vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.
Redaktor.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Niderland XİN başçısı deyib ki, artıq Ukraynada vəziyyət son günlər daha da pisləşib və təhlükəsizliklə bağlı vəziyyət narahatlıq doğurur.
Vopke Hoekstra müttəfiqlərlə məsləhətləşmədən sonra bu addımı atmağa qərar verdiyini nəzərə çatdırıb.
“Bütün niderlandlıları Ukraynanı tərk etməyə çağırıram. Ukraynadakı Niderland səfirliyinin əməkdaşlarının əksəriyyəti də bu ölkəni tərk edir” - nazir deyib.












