"ABŞ iki aydır ki, Ukrayna xalqını ələ salır" - Mariya Zaxarova
“ABŞ artıq iki aydır ki, Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı qlobal təxribat kampaniyası həyata keçirərək sağlam düşüncəni və Ukrayna xalqını ələ salır”.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında yazıb.
“ABŞ 2 aydır hər gün deyir ki, Ukrayna Rusiya tərəfindən hücuma məruz qalacaq. Ukrayna Prezidenti və bu ölkənin güc blokunun nümayəndələri onlarda belə bir məlumatın olmadığını bildirir”, - deyən XİN rəsmisi qeyd edib ki, "Bloomberg", "Der Spiegel" istisna olmaqla heç bir Amerika media orqanında belə bir məlumat yoxdur:
"Amma görünür, Maydanların ideoloji ilhamvericiləri Ukraynanı tam dağılmayana qədər sakitləşməyəcəklər".












