Kreml də Putinlə Baydenin söhbətinin təfərrüatlarını AÇIQLADI

 23:42 12.02.2022     762

"Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden bir saatdan çox danışıblar".

Redaktor.az  “RİA Novisti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.

"Söhbət bir saatdan bir qədər çox çəkdi. Bugünkü söhbət ABŞ rəsmilərinin Rusiyanın guya Ukraynanı işğal etməsi ilə bağlı görünməmiş isteriya atmosferində keçdi”,-deyə Uşakov bidirib.

Rusiya liderinin köməkçisi deyib ki, ABŞ Prezidenti telefon danışığı zamanı Rusiya qarşı sanksiyaları xatırladıb, lakin bu məsələyə xüsusi diqqət yetirilməyib.

Y. Uşakov Rusiya və ABŞ prezidentləri arasındakı söhbətin balanslaşdırılmış və işgüzar xarakter daşıdığını qeyd edib.

 

Vumart və Güvən reklamı Vumart Güvən