Rusiyanın Ukraynaya hücum planı yoxdur - Fransa

 09:27 13.02.2022     409

Fransa Rusiyanın Ukraynaya qarşı hücum etmək planının olmadığını açıqlayıb.

Redaktor.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayındakı mənbə məlumat verib.

“Belə bir təəssürat prezident Emmanuel Makronla Rusiya lideri Vladimir Putinin söhbətindən sonra formalaşıb”,- deyə məlumatda qeyd olunur.

Mənbə bildirib ki, telefon danışığında Ukrayna ətrafındakı vəziyyətlə bağlı deyilənlərdən Rusiyanın hücuma hazırlaşdığı bardə heç nə demək olmaz.

Vumart və Güvən reklamı Vumart Güvən