Ərdoğan Azərbaycan pavilyonunu ziyarət edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşik Ərəb Əmirliklərinə səfəri zamanı “Dubai Expo”da Azərbaycan pavilyonunu ziyarət edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.
Qeyd olunub ki, 14-15 fevralda baş tutacaq səfərdə Prezident Ərdoğan Dubay əmiri Məhəmməd bin Rəşid Əl Maktum ilə də danışıqlar aparacaq.












