BMT-nin əməkdaşları Yəməndə yoxa çıxdılar
Yəmənin Abyan əyalətində BMT-nin 5 əməkdaşı qaçırılaraq naməlum istiqamətdə aparılıb.
Redaktor.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefa Düjarrik deyib.
“Hadisədən xəbərdarıq, lakin bəlli səbəblərdən olayı şərh etmək niyyətində deyilik”, - diplomat bildirib.












