Gürcüstan və Ermənistan da silkələndi - VİDEO

 23:05 13.02.2022     443

Gürcüstanda yerli vaxtla saat 22:25-də zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Məlumata əsasən, zəlzələnin gücü 6,2 bal, episentri isə Dmanisi rayonu yaxınlığındakı Sameba kəndində olub. Güclü təkanlar Tbilisi və Marneulidə hiss olunub.

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Dmanisi rayonunda qeydə alınmış güclü zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.

Bu barədə rayonun meri Koba Muradaşvili bildirib. Onun sözlərinə görə, zəlzələnin episentri Dmanisidə qeydə alınsa da, rayonda sakitlik hökm sürür, dağıntı və tələfat barədə isə heç bir məlumat daxil olmayıb.

Zəlzələ  Ermənistanda təşvişə səbəb olub.

Gürcüstanla eyni vaxtda İrəvan və Gümrü şəhərlərində zəlzələ baş verib. Bəzi ərazilərdə işıqlar sönüb. İnsanlar binaları tərk edərək çölə çıxıblar. 
 

 

Vumart və Güvən reklamı Vumart Güvən