"Əfqanıstanda Talibanın alternativi yoxdur" - İmran Xan

 12:06 14.02.2022     294

ABŞ-ın Əfqanıstanda terrorizmə qarşı mübarizəsi ölkədə daha çox terrorçunun meydana gəlməsinə səbəb oldu.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan Baş naziri İmran Xan deyib.

Dövlət xadimi bildirib ki, rəsmi Vaşinqton bu yöndə fəaliyyəti ilə bağı amerikalılara yalan söyləyir:

“Kəndlərdə partlayan bombalar necə terrorçuları hədəfləyə bilər? ABŞ pilotsuz uçuş aparatları ilə bağlı siyasətinə yenidən nəzər yetirməlidir”.

Pakistan baş naziri qeyd edib ki, Əfqanıstanda ABŞ-la birgə hərəkət etdiyinə görə intiqam xarakterli hücumlara məruz qalıb:

“Bütün ölkə ərazisində kamikadzelər var idi. 80 min insan itirdik”.

İmran Xan onu da əlavə edib ki, Əfqanıstanda Talibanın alternativi yoxdur və Vaşinqtonun onlarla diplomatik münasibətlər qurması vacibdir.

Vumart və Güvən reklamı Vumart Güvən