Paşinyan 44 günlük müharibəyə görə sorğu-sual ediləcək

 14:55 14.02.2022     339

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda 44 günlük müharibənin vəziyyətinin araşdırılması ilə bağlı komissiyaya çağırılacaq.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə komissiyanın rəhbəri Andranik Koçaryan ilk iclasdan sonra jurnalistlərə bildirib.

Müxalifət nümayəndələri tədbirə gəlsələr də, tezliklə zalı tərk ediblər.

Əvvəllər “Hayastan” və “Mənim şərəfim var” blokları komissiyanın işində iştirakdan imtina ediblər. Fraksiyaların birgə bəyanatında qeyd edilir ki, ölkə hakimiyyəti öz fəaliyyətini obyektiv araşdıra bilməz.

Vumart və Güvən reklamı Vumart Güvən