"Böyük yeddilik" ölkələrindən Rusiyaya xəbərdarlıq

 15:56 14.02.2022     392

Dünyanın ən böyük yeddi iqtisadiyyatına sahib olan ölkələrin maliyyə və iqtisadiyyat nazirləri ortaq açıqlama yayıblar.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, onlar Rusiyanın Ukraynanı işğal etməsi halında birlikdə hərəkət edərək, ciddi sanksiyalar tətbiq edəcəklər.

Bəyanatda Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün, maliyyə və iqtisadi sabitliyinin qorunmasına dəstəyin vacibliyi qeyd edilib və Ukrayna böhranının ciddi narahatlıq doğurduğu vurğulanıb.

Əlavə olaraq bildirilib ki, Ukraynaya "Beynəlxalq Valyuta Fondu" vasitəsi ilə önəmli maliyyə yardımı edilib.

Açıqlamada o da nəzərə çatdırılır ki, 2014-cü ildən bu yana Ukrayna ümumilikdə 48 milyard dollardan çox iqtisadi dəstək alıb. Bundan əlavə, Ukraynanın islahat cəhdlərini asanlaşdırmaq üçün lazımi dəstəyi alacağı, davamlı maliyyə bazası yaratmaq üçün bu ölkə ilə sıx əməkdaşlıq ediləcəyi bildirilib.

Sübhan Şərif

Vumart və Güvən reklamı Vumart Güvən