"Rusiya atəş açmağa hazırdır"

 16:11 14.02.2022     512

Rusiyanın ərazi sularında icazəsiz üzən xarici gəmilərə atəş açmağa hazır olduğu açıqlanıb.

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı yüksək rütbəli rusiyalı hərbçi “İnterfaks” xəbər agentliyinə məlumat verib.

O bildirib ki, bu barədə əmri yalnız ən yüksək rütbəli şəxs verə bilər.

Xatırladaq ki, ötən günlərdə Rusiya ABŞ-a məxsus sualtı gəminin Sakit okeanda Rusiyaya aid ərazi sularına girdiyini və bu sualtı gəminin rus donanması tərəfindən təqib edildiyini bildirib. ABŞ tərəfi isə Rusiyanın ərazi sularında hərbi əməliyyatlar keçirdiyi iddiasını təkzib edib.

Sübhan Şərif

Vumart və Güvən reklamı Vumart Güvən