ABŞ öz vətəndaşlarını Belarusu dərhal tərk etməyə ÇAĞIRDI

 09:59 15.02.2022     434

ABŞ Belarusda olan vətəndaşlarını ölkəni tərk etməyə və bu ölkəyə səfər etməməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Dövlət Departamenti yayıb.

“Rusiyanın Ukrayna ilə sərhəddə qeyri-adi və narahatedici hərbi fəaliyyətinin artması səbəbindən Belarusda olan və ya Belarusa səfər etməyi planlaşdıran ABŞ vətəndaşları vəziyyətin gözlənilməz olduğunu və bölgədə yüksək gərginliyin müşahidə edildiyini bilməlidirlər”, - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, konkret olaraq xarici vətəndaşlara qarşı yönələn təqib və yaxud saxlanılma,  koronavirusa yoluxma ehtimalı və digər səbəblərə görə amerikalıların Belarusda olması təhlükəlidir:

“Belarusda olan ABŞ vətəndaşları dərhal kommersiya və yaxud şəxsi nəqliyyatla ölkəni tərk etməlidirlər”.

Vumart və Güvən reklamı Vumart Güvən