"Rusiya vətəndaşları düşmənimiz deyil" - Bayden
"ABŞ Rusiyanı və onun vətəndaşlarını düşmən hesab etmir və Vaşinqtonun Rusiyada sabitliyi pozmaq məqsədi yoxdur”.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.
Dövlət başçısı bildirib ki, Vaşinqton rusları təhdid etmir.
“Nə ABŞ, nə də NATO Rusiya üçün təhlükə yaratmır. Ukrayna Rusiya üçün təhlükə yaratmır. Nə ABŞ-ın, nə də NATO-nun Ukraynada raketləri yoxdur. Biz Rusiyada sabitliyi pozmağa çalışmırıq. Rusiya vətəndaşları, siz bizim düşmənimiz deyilsiniz!", - deyə Bayden vurğulayıb.












