Keçmiş prezident saxlanıldı

 09:50 16.02.2022     302

Hondurasın keçmiş prezidenti, səlahiyyət müddəti yanvarın 27-də başa çatan Xuan Orlando Hernandez saxlanılıb.

Redaktor.az xəbər verir ki, ABŞ-ın narkotik və silah qaçaqmalçılığı ittihamı ilə ekstradisiya etmək istədiyi Xuan Orlando Hernandez, Ali Məhkəmənin qərarından sonra paytaxt Tequsiqalpadakı evində polisə təslim olub.

 Hernandez sorğu-sual olunmaq üçün polis bölməsinə aparılıb.

ABŞ-ın Tequsiqalpadakı səfirliyi Hernandezin Kolumbiya və Venesuela vasitəsilə ABŞ-a tonlarla kokain göndərdiyini və onun ekstradisiya edilməsinin vacibliyini vurğulayıb.

Honduras Xarici İşlər Nazirliyinin rəsmiləri bildiriblər ki, ABŞ səfirliyi bir siyasətçinin həbsini tələb edib və sorğu Honduras Ali Məhkəməsinə göndərilib.(unikal.org)

Vumart və Güvən reklamı Vumart Güvən