Rusiya Krımdakı hərbçiləri geri çəkir

 11:13 16.02.2022     379

“Krım yarımadasının poliqonlarında taktiki təlimlərdə iştirakını başa vuran Cənub Hərbi Dairəsinin (CHD) bölmələri dəmir yolu ilə daimi dislokasiya məntəqələrinə qayıdır”.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmənin şəxsi heyəti zirehli texnikanın dəmir yolu platformasına yüklənməsini gerçəkləşdirib: “Döyüş texnikası və əsgərlər hərbi qatarlarla hərbi hissələrinə çatdırılacaq”.

Vumart və Güvən reklamı Vumart Güvən