Kremldən NATO-ya cavab

 14:41 16.02.2022     303

NATO-nun vəziyyəti qiymətləndirmə sistemində problemlər var.

Redaktor.az  xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov NATO-nun Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının sayının artırılması ilə bağlı bəyanatını cavablandırarkən bildirib.

“NATO-da vəziyyətin qiymətləndirilməsi sistemində müəyyən əngəl var. Bu, şübhəsiz ki, NATO nümayəndələrinə vəziyyəti ayıq şəkildə qiymətləndirməyə imkan vermir. Problemlər var. Vəziyyəti qiymətləndirmə sistemində problemlər var”, - Peskov vurğulayıb.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq şimal alyansının Moskvadan diplomatik səyləri davam etdirmək üçün müsbət siqnallar gördüyünü, lakin bununla belə, hələ ki Ukrayna ətrafında de-eskalasiyanı görmədiyini açıqlayıb (apa).

Vumart və Güvən reklamı Vumart Güvən