“Həm Putin, həm də Zelenski ilə təmasdayıq” - Ərdoğan

 15:15 16.02.2022     296

“Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə dialoq və təmasdayıq”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-dən səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində söyləyib.

“Bunun gərginliyin azaldılması üçün əhəmiyyətli imkan olduğunu düşünürəm”,- dövlət başçısı vurğulayıb.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon diplomatiyası aparmaqla onun məsələlərə münasibətini öyrənəcək.

Vumart və Güvən reklamı Vumart Güvən