Yaponiya sahillərində atəş açılması ilə bağlı Rusiyaya etirazını bildirdi

 16:58 16.02.2022     382

Yaponiya İturup adası yaxınlığında atəş açılması ilə bağlı Rusiyaya etirazını bildirib.

Redaktor.az TASS-a istinadən xəbər verirki, Rusiya tərəfi təlimlər zamanı atəş açılacağı ilə bağlı Yaponiya hakimiyyətini əvvəlcədən məlumatlandırıb.

“Dörd şimal adasında hərbi iştirakın (Rusiyanın) güclənməsini qəbuledilməz hesab edirik”, - etiraz mətnində bildirilir.

Artıq bir neçə onillikdir ki, rəsmi Moskva və Tokio İkinci Dünya müharibəsinin nəticələrinə əsasən sülh müqaviləsinin işlənib hazırlanması məqsədilə məsləhətləşmələr aparır. Əsas maneə Kuril adalarının cənub hissəsinin kimə məxsus olması ilə bağlıdır. Belə ki, müharibə başa çatdıqdan sonra arxipelaq tam şəkildə Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan adaları və kiçik adalar qrupuna iddia edir.

Vumart və Güvən reklamı Vumart Güvən